“Bu ölkədə gözəl anlar yaşamışam” – Azərbaycan millisinin baş məşqçisi

Azərbaycan millisinin baş məşqçisi Fernandu Yunanıstanda “Əfsanə” mükafatına layiq görülməsi ilə bağlı danışıb.

Komanda.az “newsit.gr” nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis ölkəsi Portuqaliya ilə Yunanıstanı birləşdirən çox şeyin olduğunu deyib:

“AEK klubunda işə başladığım 2001-ci il və milli komanda ilə iştirak etdiyimiz DÇ-2014 mənim üçün xüsusidir. Təvazökar görünmək istəmirəm, amma bütün uğurları komanda yoldaşlarıma və futbolçulara borcluyam. Bu ölkədə gözəl anlar yaşamışam”.

Santuş daha əvvəl Yunanıstan millisi ilə yanaşı, bu ölkənin AEK, “Panatinaikos” və PAOK komandalarını çalışdırıb. O, AEK-lə ölkə çempionu olub, Yunanıstan yığması ilə DÇ-2014-də 1/8 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button