“Bu oğlanla ehtiyatlı olmaq lazımdır” – Millinin baş məşqçisi

Braziliya millisinin baş məşqçisi Dorival Junior 17 yaşlı hücumçu Endrikin mərhum futbolçu Pele ilə müqayisə edilməsindən danışıb.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, baş məşqçi, Endriklə ehtiyatlı olmaq lazım olduğunu deyib:

“Bu oğlanla ehtiyatlı olmaq lazımdır. Qısa müddət ərzində həyatında çox şey baş verib, amma yenə də var gücü ilə çalışır. Endrik çox diqqət çəkdi. Onun qısa müddət ərzində nə qədər iş gördüyünü özünüz görə bilərsiz”.

Endrik vətənində “Palmeyras”da çıxış edib, lakin o, tezliklə “Real”a keçməlidir. Braziliyalı hücumçunun transfer dəyəri 55 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button