“Bu oğlan meydanda olmağa layiqdir” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın hücumçusu Markus Reşfordun İngiltərə çempionatının 19-cu turunun “Aston Villa” ilə matçında (3:2) çıxışını şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandada rəqabət olduğunu söyləyib:

“Düşünürəm ki, Reşford yaxşı çıxış etdi. O, bir müddət xəstə idi. Ona görə də, biz Qarnaçodan istifadə etmək istədik. Bu oğlan meydanda olmağa layiqdir. Komandada rəqabət var. Bu, çox yaxşıdır”.

Reşford bu mövsüm 18 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button