
Balotelli də Ronaldo məsələsində səssiz qalmadı – FOTO
“Sion”un hücumçusu Mario Balotelli sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, Portuqaliya millisinin DÇ-2022 ilə vidalaşmasından sonra Kriştiano Ronaldo barədə səsləndirilən tənqidi fikirlər barədə aşağıdakı sözləri yazıb:
“Mən Ronaldonun azarkeşi deyiləm, bunu hamı bilir. Lakin futbol üçün etdiklərinə görə bu oğlan daha çox hörmətə layiqdir”.
Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşə məğlub olaraq (0:1), turnirlə vidalaşıb. Həmin matçda Ronaldo start heyətində yer almayıb. O, oyunun 51-ci dəqiqəsində meydana çıxıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin