Qvardioladan özbək futbolçunun ünvanına tərif

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın özbək müdafiəçisi Abdukodir Xusanovun perspektivi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Xusanovda potensial gördüklərini söyləyib:

“Bu oğlan gələcəkdə böyük futbolçu ola bilər. Biz onda potensial görürük. Xusanov topla soyuqqanlı və meydanda çox sürətlidir. Onun qərar vermə prosesi yaxşılaşmalıdır, bu, yaş məsələsidir”.

“Şəhərlilər” Xusanovu bu qış “Lill”dən 50 milyon avroya transfer ediblər. 20 yaşlı müdafiəçi İngiltərə klubu ilə müddəti 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button