
Skaloni Qarnaçonun əvəzinə Dominqesi milliyə çağırmasının səbəbini izah etdi
Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmaya Alexandro Qarnaçonun əvəzinə Benjamin Dominqesi dəvət etmək qərarını açıqlayıb.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis Dominqesin çox yaxşı olduğunu deyib:
“Onu hərəkətdə görmək üçün Qarnaçonun əvəzinə Dominqesi çağırmağa qərar verdik. Benjamin bizdə çatışmayan keyfiyyətləri gətirməyi bacarır. Bu oğlan çox yaxşıdır, sağda da, solda da oynaya, müdafiəçilərdən asanlıqla uzaqlaşa bilir”.
“Bolonya”nın 21 yaşlı oyunçusu Argentina millisinin heyətində 2026-cı il dünya çempionatının seçmə mərhələsində şənbə günü Uruqvay yığmasına qarşı keçiriləcək oyunda debüt edə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



