Terri “Liverpul”un yeni transferi haqda: “Bu oğlan ən yaxşı oyunçu olacaq”

“Çelsi”nin sabiq futbolçusu Con Terri vinger Rio Nqumohanın “Liverpul”a keçidi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Nqumohanın ən yaxşı oyunçu olacağını bildirib:

“Bu oğlan ən yaxşı oyunçu olacaq”.

Nqumoha İngiltərənin istedadlarından hesab edilir. 16 yaşlı futbolçu hələ böyüklər səviyyəsində debüt etməyib, lakin artıq “Çelsi” akademiyasında özünü yaxşı göstərib.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci yerdədir. Arne Slotun komandasının 9 xalı var. “Qırmızılar” növbəti turda “Nottingem Forest”i qəbul edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button