“Bu nəticə bizi qane edə bilməz” – Motta
“Yuventus”un baş məşqçisi Tiaqo Motta İtaliya çempionatının 5-ci turunun “Napoli” ilə son oyunu (0:0) haqda fikirlərini bölüşüb.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, o, yaxşı performans göstərdiklərini söyləyib:
“Napoli” öz futbolunda israrlı olan komandadır, amma güclü mövqedən oynaya biləcəyinizi görsə, geri çəkilir. Yaxşı performans nümayiş etdirə bildik, lakin qol vura bilmədik. Bəli, komanda yaxşı oyun nümayiş etdirdi. Amma bu nəticə bizi qane edə bilməz, çünki “Yuventus” həmişə qələbə üçün mübarizə aparır”.
“Yuventus”un A Seriyasının beş turundan sonra 9 xalı var və dördüncü yerdədir. “Napoli” 10 xal toplayıb və ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin