
“Bu, 2026-cı ilin dünya çempionatına hazırlıqdır” – millinin baş məşqçisi
ABŞ yığmasının baş məşqçisi Qreqq Berhalter DÇ-2022 barədə fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, o, DÇ-2026 barədə də danışıb. Eyni zamanda, baş məşqçi cari turnirə həssaslıqla yanaşdıqlarını deyib:
“Bu, şübhəsiz ki, 2026-cı ilin dünya çempionatına hazırlıqdır. İndi diqqətimizi növbəti matça yönəltməliyik. Biz DÇ-2022-yə xüsusi həssaslıqla yanaşırıq”.
2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
ABŞ millisi DÇ-2022-nin qrup mərhələsində dünən keçirilən oyunda İngiltərə ilə qolsuz heç-heçə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin