
Kurtua da şikayətləndi
“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın 28-ci turunda “Vilyarreal”la oyundan (2:1) sonra fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının yorğun olduğunu deyib:
“Komanda matça zəif başladı, amma bu normaldır, çünki çox yorğun idik. Bu, normal təqvim deyil. İngiltərədə Çempionlar Liqasının iştirakçıları eyni gündə oyun keçirirlər”.
Madrid klubu həftənin ortasında “Atletiko”nu penaltilər seriyasında məğlub edərək UEFA Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Komanda İspaniya çempionatının turnir cədvəlində 60 xalla birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin