“İndi hər şey çox çətindir” – Buskets
“Barselona”nın kapitanı Serxio Buskets Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “İnter”ə qarşı keçirdikləri oyunu (3:3) şərh edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, çətin qrupa düşdüklərini deyib:
“Bu nəticədən məyus olduq. Çətin qrupa düşdük, amma bütün yay transferlərindən sonra daha çox çalışmalıyıq. İndi hər şey çox çətindir. Cərimə meydançamızda yaxşı deyildik və Çempionlar Liqasında bunun əvəzini ödəməlisən”.
Dörd oyundan sonra “Barselona” 4 xalla C qrupunda üçüncüdür. “İnter” isə ikincidir (7 xal). Qrup lideri “Bayern”dir (12 xal).
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin