“Bu nəticə bizi kədərləndirdi” – MY-nin müdafiəçisi

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines komandasının “Arsenal”la oyunda (2:3) məğlubiyyətini şərh edib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan argentinalı futbolçu bu məğlubiyyətdən dərs çıxarmalı olduqlarını deyib:

“Komandamız qələbəyə kökləndi, amma alınmadı. Təbii ki, bu nəticə bizi kədərləndirdi. Bununla belə, bizim güclü komandamız var, ona görə də, mübarizə aparıb, davam edəcəyik. Gəlin bu uğursuzluqdan dərs çıxaraq və yolumuza davam edək”.

Premyer Liqada 19 oyundan sonra 50 xalı olan “Arsenal” turnir cədvəlinin lideridir. “Qırmızı şeytanlar” 39 xalla dördüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button