“Bu nəticə çox bərbaddır” – Van Dayk
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya 2:3 hesabı ilə məğlub olan Hollandiya millisinin müdafiəçisi Vircil Van Dayk açıqlama verib.
Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, nəticənin onlar üçün bərbad olduğunu deyib:
“Almaniyanın sürətli komanda olduğunu bilirdik, buna baxmayaraq, çox pis müdafiə olunduq. İkinci hissədə yaxşı oynadıq və hesabı bərabərləşdirdik, amma heç bir şey qazana bilmədik. Almaniyadan ən azı 1 xal almalı idik. Bu nəticə çox bərbaddır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin