
Qasperini: “Bu nəticə bizi üzür”
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini “Venesiya” ilə matçda (0:0) xal itirdikdən sonra fikirlərini bildirib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, rəqibin müdafiədə yaxşı oynadığını deyib:
“Hücum zonasında kifayət qədər təzyiq göstərmədik. Fasilədən sonra komanda sürətini artırsa da, rəqib müdafiədə yaxşı oynadı. Onların oyununu qeyd etmək istəyirəm, son dərəcə kompakt idilər. Yaxşı futbol nümayiş etdirsək də, bu nəticə bizi üzür”.
“Atalanta” keçirilən 27 oyundan sonra 55 xal toplayaraq İtaliya çempionatının turnir cədvəlində üçüncü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin