“Hazırda hər kəs Çempionlar Liqasının son qalibi “Liverpul”u məğlub etmək istəyir”
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Genk”ə 4:1 hesabı ilə qalib gələn “Liverpul”un qapıçısı Alisson Bekker açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı qolkiper, uğur qazanmaq üçün çox çalışacaqlarını bildirib:
“Yaxşı oynadıq, çətin qələbə qazandıq. Çempionlar Liqasında səfər oyunları hər zaman çətin olur. Qarşımızda uzun bir yol var. Komanda olaraq birləşməli və daha yaxşı oynamaq üçün çalışmalıyıq. Doğru yoldayıq, amma hələ də inkişaf etməyimiz lazımdır. Keçən mövsüm böyük uğur qazandıq, amma dayanmaq istəmirik, daha çoxunu əldə etmək istəyirik. Bunun üçün də çox çalışmalıyıq, çünki hazırda hər kəs Çempionlar Liqasının son qalibi “Liverpul”u məğlub etmək istəyir. Yaxşı şansımız var, çox çalışmalıyıq.
Zədəmə gəlincə, bu, mənin üçün çətin bir dövr idi. Uzun fasilədən sonra yenidən komandaya qayıtdığım üçün xoşbəxtəm. Burda uzun müddət qalmaq və zədələrdən uzaq olmaq üçün əlimdən gələni edəcəm”.
Bizi Facebook-da izləyin