Keyn razıdır
“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Latsio”ya (3:0) vurduğu qollardan danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, vurduğu iki qoldan razı olduğunu söyləyib:
“Vurduğum iki qoldan razıyam. İndiyə qədər bu, mənim üçün qollar və çıxışlar baxımından yaxşı mövsüm oldu. Lakin komanda olaraq daha yaxşısını edə biləcəyimizi bilirik”.
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə cavab oyununda “Bayern” 3:0 hesablı inamlı qələbə qazanaraq, turnirin növbəti mərhələsinə keçib. Romada baş tutan ilk oyunda Münhen klubu 0:1 hesabı ilə məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin