Jiru: “Bu mənim son turnirim ola bilər”
“Milan”ın hücumçusu Olivye Jiru AÇ-2024-dən sonra millidəki karyerasını başa vura biləcəyini bildirib.
Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, 37 yaşlı forvard AÇ-2024-ün onun son turniri ola biləcəyini deyib:
“Bu mənim son turnirim ola bilər. Amma bundan sonra nə olacağını sizə deyə bilmərəm”.
Jiru Fransa yığmasında 121 oyuna çıxıb və 53 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin