“Birlikdə çox gözəl günlərimiz olacaq” – MY-nin futbolçusu
İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Harri Maquayr açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, “qırmızı şeytanlar”a uyğunlaşması haqqında danışıb:
“Düşünürəm ki, bu, uzun bir prosesdir. 5-6 il sonra klubda uğurlu, ya uğursuz olduğumu mühakimə etmək olar. Amma inanıram və əminəm ki, bu illər ərzində burda uğur qazanacam, birlikdə çox gözəl günlərimiz olacaq. Komanda şəklində inkişafa davam etməliyik. Hiss edirəm ki, bir komanda olmağı bacarsaq, mən də uğur qazanacam.
Transfer qiymətimə gəlincə, bu, məni narahat etmir. Üstəlik, mənim təsir edə bilmədiyim məsələdir. “Mançester Yunayted” məni transfer etmək istədikdə, iki klub razılığa gəldi. Bu məsələlər onlarla bağlıdır. Mən sadəcə, öz oyunuma diqqət etmək istəyirəm”.
Maquayr yay transfer pəncərəsi dövründə 80 milyon avro müqabilində “Lester”dən heyətə qatılmışdı.
Bizi Facebook-da izləyin