“Bu məğlubiyyətin komandamız üçün faydası olacaq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Sumqayıt”ı təbrik edirəm. Yaxşı başlanğıc idi. Bizə gəldikdə, oyunçularımızı başa düşmək olar. Başlanğıc üçün bu məğlubiyyətin komandamız üçün faydası olacaq. Futbolçularımız başa düşəcək. Daha sıx qrafikamız olacaq.

Üç xal “Sumqayıt”ın haqqı idi. Bizim yaxşı imkanlarımız oldu, ancaq top qapıdan keçmədi. Nərimanı zədəsinə görə oynatmadım, müalicə olunur. Məşqdə də iştirak etmədi.

İkinci heyətlə çıxıb, uğurlu olduğumuz vaxtlar olub. Gedişat belə oldu. Adaptasiya asan deyil. Futbolçularıma güvənirəm. İnanıram ki, növbəti oyunlarda yaxşı olacaq.

Biz Avropadan gəlirik deyə, motivasiya aşağı idi. Yorğunluq var idi. Oyundan əvvəl də yaxşı məşqimiz olmayıb.

Biz matçlara rəqibin fikirləri ilə hazırlaşsaq, öz oyunumuzu itirə bilərik. Kənar fikirlərə görə hazırlaşsaq, yarı yolda qalarıq”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button