
“Bu məğlubiyyət planlarımızı dəyişmir” – “Barselona” rəsmisi
“Barselona”nın idman direktoru Deku komandanın baş məşqçisi Xavinin klubdakı gələcəyi barədə danışıb.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi ötən gecə İspaniya superkubokunun finalında “Real”a uduzub – 1:4. Deku isə bu məğlubiyyətin Xavinin komandadan göndərilməsinə səbəb olmayacağını deyib:
“Xavi ilə bağlı sualların heç bir mənası yoxdur. Xavi bizim hamımıza tam güvənir. Bu məğlubiyyət planlarımızı dəyişmir”.
Xavi 2021-ci ildən “Barselona”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin