“Bu məğlubiyyət acı verir” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn Bundesliqanın 21-ci turunda “Bayer”lə oyunda məğlubiyyəti (0:3) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, diqqəti gələcək oyunlara yönəltmək lazım olduğunu deyib:

“Topla yaxşı oynaya bilmədik. Düşünürəm ki, xüsusilə birinci hissədə, hətta ikinci hissədə də yaxşı pressinq etdik, lakin hər dəfə topu qazananda dərhal onu geri verdik. Bu, onlara yaxşı temp tapmağa imkan verdi.

Bu məğlubiyyət acı verir. Fərqli nəticə istəyirdik, amma indi köklənmək lazımdır. Qarşıda çoxlu matçlar var”.

Almaniya çempionatının turnir cədvəlinə 55 xalla “Bayer” başçılıq edir. “Bayern” 50 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button