“Narahat olmamağa çalışıram” – Skaloni

Argentina milli komandası DÇ-2022-nin yarımfinalında Xorvatiyanı məğlub edərək, finala yüksəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni qələbədən həzz aldıqlarını dilə gətirib:

“Biz indi qələbəni qeyd edirik. Çünki bu, çox həyəcanlı hadisədir. Qarşıda daha bir matç var. Hazırkı andan həzz almaq olar, amma bundan sonra nə olacağını düşünməliyik. Narahat olmamağa çalışıram”.

O, DÇ-2022-nin qrup mərhələsinin Səudiyyə Ərəbistanı millisi ilə keçirilən ilk matçı barədə də fikir bildirib:

“Səudiyyə Ərəbistanına uduzduğumuz oyunda da xalq bizimlə idi. Ümumbəşəri dəstəyi hiss etdirdilər. Bu, heç nə ilə müqayisə oluna bilməz. Biz hamımız ortaq bir məqsəd üçün çalışırıq. Hamımız mavi rəngin azarkeşiyik”.

Argentina millisi DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button