“Bu, mükəmməl matç idi” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”ı məğlub etdikləri ilk oyundan (1:0) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, klub prezidenti oyundan çox razı qaldığını deyib:

“Çox yaxşı oyun keçirdik. İlk dəqiqədən son dəqiqəyə kimi, qola qədər oyuna nəzarət etdik. Bu, mükəmməl matç idi. Göstərilən oyundan çox qürur duyuruq, amma bu, yalnız birinci hissədir. İnanıram ki, futbolçularımız və baş məşqçimiz soyuqqanlı davranacaq. Biz cavab matçına hazırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button