Arteta: “Bu mövzuda hələ də bədbəxt olanlar var”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının İngiltərə Premyer Liqasındakı son nəticələri ilə bağlı tənqidlərə münasibət bildirib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, əldə olunan nəticələrin ədalətsiz olduğunu düşünmür:

“Bu, futboldur. Mən qazandığımız nəticələrin ədalətsiz olduğunu düşünmürəm. “Arsenal” hər kubok üçün mübarizə aparmalıdır.

Bilirsiz ən çox bəyəndiyim nədir? Artıq UEFA Çempionlar Liqasına vəsiqə qazanmışıq. Lakin bu mövzuda hələ də bədbəxt olanlar var. Kədərliyik və daha çoxunu istəyirik”.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 75 xalla ikincidir. Onlar yalnız “Mançester Siti”dən geri qalır (76 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button