“Biz hər həftə xal qazanmalıyıq” – Haland

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə çempionatının 10-cu turunda “Mançester Yunayted”lə oyunda (3:0) komandasının qələbəsini şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, norveçli futbolçu bu qələbənin önəmini xüsusi vurğulayıb:

“Bütün 90 dəqiqə ərzində nəzarət altında olan heyrətamiz oyun idi. “Mançester Siti”nin hər bir oyunçusu əla oyun nümayiş etdirdi. Bu, mövsümün ən yaxşı oyunu idi? Düşünürəm ki, bəli: oyuna və oynamaq istədiyimiz futbola nəzarət baxımından. Bu asan deyildi, amma necə davam etməyi bacardığımız inanılmaz idi.

“Mançester Yunayted” üzərində qələbə xüsusidir? Əlbəttə. Ümumilikdə üç xal qazandıq. Mövsümboyu ardıcıllıq tələb olunur. Biz hər həftə xal qazanmalıyıq”.

“Mançester Siti” hazırda 24 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü, “Mançester Yunayted” isə 15 xalla 8-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button