“Bu mövsümü ömrümün sonuna qədər xatırlayacam” – “Real”dan ayrılan futbolçu
Hüquqları “Çelsi”yə məxsus olan qapıçı Kepa Arrisabalaqa “Real”la vidalaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Arrisabalaqa son mövsümü həmişə xatırlayacağını bildirib:
“Bu komandanı, bu tarixi, bu klubu təmsil etmək həqiqətən xüsusi bir şeydir. Bu mövsümü ömrümün sonuna qədər xatırlayacam. Bu formanı geyinməkdən çox qürur duyuram. Bu, gözəl idi. Çox sağ olun”.
“Real” bir neçə gün əvvəl finalda Dortmund “Borussiya”sı üzərində 2:0 hesablı qələbə sayəsində Çempionlar Liqasının qalibi olub. İspaniyalı qolkiper oyunu ehtiyat oyunçular skamyasında keçirib.
29 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin