“Bu, mövsümü dəyişə biləcək çox vacib matçdır”

“Milan”ın vingeri Rafael Leao İtaliya kubokunun yarımfinal mərhələsinin “İnter”lə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, komandanın qalib gəlmək, finala çıxmaq və azarkeşlərini sevindirmək üçün əlindən gələni etməli olduğunu bildirib:

“Qalib olmaq üçün matça düzgün təfəkkürlə yanaşmalı və bu kuboku qazanmağa qadir olduğumuza inanmalıyıq. Bu, mövsümü dəyişə biləcək çox vacib matçdır. Futbolçular da həmçinin, özlərini sevindirməlidir, çünki mövsüm çətin keçib”.

Komandalar arasında keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab matçı aprelin 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button