“Bu mövsüm uğursuzluğumuz mənim günahımdır” – “Tottenhem”in baş məşqçisi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandanın uğursuz nəticələrinə görə məsuliyyəti öz üzərinə götürüb.

Komanda.az xəbər verir ki, avstraliyalı çalışdırıcı “İpsviç”lə oyundan sonra keçirilən mətbuat konfransında bu mövsüm uğursuzluqların onun günahı olduğunu bildirib:

“Bu mövsüm uğursuzluğumuz mənim günahımdır, məsuliyyətimdir. Uyğun olmayan nəticələrimiz birbaşa mənimlə və mənim yanaşmamla bağlıdır. Bunu düzəltməyə çalışmalıyam”.

“Tottenhem” dünən “İpsviç”lə ev oyununda gözlənilmədən məğlubiyyətlə üzləşib (1:2). “İpsviç” üçün bu qələbə cari mövsümdə Premyer Liqada ilk olub.

“Tottenhem” Premyer Liqada 11 turdan sonra 10-cu yerdədir. Komandanın aktivində 16 xal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button