Verratti “Milan”ı dəstəkləyir

“Əl-Duhail”in yarımmüdafiəçisi Marko Verratti İtaliya A Seriyası çempionluğu uğrunda mübarizədən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu “Milan”a üstünlük verdiyini etiraf edib:

“Milan” hazırda Avropa yarışlarında oynamır ki, bu da onların liqada uğur qazanmasına kömək edə bilər. Dəqiq səbəbini deyə bilmərəm, amma bu mövsüm skudetto yarışında “Milan”ı dəstəkləyirəm”.

Verrattinin özü heç vaxt A Seriyasında oynamayıb. İtaliyalı futbolçu 2012-ci ildə B Seriyası komandası olan “Peskara”dan PSJ-yə keçib. O, 2023-cü ildə Qətərə köçərək “Əl-Ərəbi” ilə müqavilə imzalayıb. 33 yaşlı yarımmüdafiəçi bu ilin yayında isə başqa bir yerli klub olan “Əl-Duhail”lə anlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button