Rodri: “Bu mövsüm qayıda bilərəm”
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes çarpaz bağ zədəsinin sağalmasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mövsüm ərzində zədəsinin sağalacağını söyləyib:
“Bu mövsüm qayıda bilərəm. Mən bunu etmək istəyirəm. Hazırda bərpa prosesindəyəm. Zədəmi ən yaxşı şəkildə sağaltmaq mənim üçün vacibdir. Qarşıda hələ uzun mövsüm var, mənim sağalmağa vaxtım ola bilər”.
28 yaşl futbolçu bu il “qızıl top”u qazanıb. O, İngiltərə Premyer Liqasının bu mövsümündə cəmi iki matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin