“Bu mövsüm güclü rəqabət olacağına inanıram” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesablı qalibiyyəti belə şərh edib:

“İlk növbədə futbolçularımızı təbrik edirəm. İlk dəqiqələr bizim üçün uğurlu başladı. İlk hissədə də üstünlüyümüz var idi. İkinci hissədə “Neftçi”nin əsas heyətində dəyişiklik oldu. Bu, oyunda da hiss olundu. Futbolçularımız ruhdan düşmədilər. Futbolçularımın çıxışından razıyam. Bu gün 3 xal qazanmaq bizim üçün olduqca vacib idi.

Bu mövsüm güclü rəqabət olacağına inanıram. Hücum xəttimizi gücləndirəcəyik. Mən inanıram ki, “Neftçi” də özünü toparlayacaq. Gərgin çempionat olacağına inanıram”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button