“Bu, qorxuncdur” – Ten Haq
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Tottenhem”ə 2:3 hesabı ilə məğlub olan “Ayaks”ın baş məşqçisi Erik ten Haq matçdan sonra açıqlama verib.
Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, oyunu “qorxunc” adlandırıb:
“Bu, qorxuncdur. Bu gecəni yalnız belə ifadə edə bilərəm. Möhtəşəm Avropa “performans”ı göstərdik və final oyununa yaxın olduq, amma artıq bu yuxu bitdi.
Hesab 2:2 olarkən, oyuna daha yaxşı nəzarət etməli idik. Fernando Llorente meydana daxil olduqdan sonra oyunun tempi yüksəldi. Topu özümüzdə saxlamağı bacarmasaq, çətin anlar yaşayacağımızı bilirdik. Tempi aşağı sala bilmədik. İkinci hissə Premyer Liqa səviyyəsində oynanıldı və biz məğlub olduq.
İyul ayından bu yana Avropada oynayırıq. Ümumilikdə 17 oyun keçirdik və 10 qələbə qazandıq. Bu mövsümə görə qürur duymalıyıq”.
Bizi Facebook-da izləyin