“Çempionlar Liqasını “Ayaks”ın qazanmasını istəyirəm” – “Real”ın futbolçusu
“Real”ın qapıçısı Tibo Kurtua, Çempionlar Liqası, “Atletiko” və Eden Hazardla bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı qolkiper, “Atletiko” ilə “Real”ı müqayisə edib:
“İlk müqaviləmi 18 yaşımda imzalamışdım. O zamanlar İker Kasilyas, Canluici Buffon və Edvin Van de Sar kimi olmaq istəyirdim. Peşəkar futbolçu olduqdan sonra hər zaman “Real”da oynamağı arzulayırdım. Burdakı təzyiq “Atletiko”dan daha çoxdur, amma bunu sevirəm.
“Real”da Eden Hazardla birlikdə oynamaq istəyirəm. Onun burda olmaq istədiyini düşünürəm. Gələcəyinə ümid edirəm, amma klubun onunla görüşüb-görüşmədiyini bilmirəm”.
26 yaşlı futbolçu, Çempionlar Liqası haqqında da danışaraq, qalib olmasını istədiyi klubun adını açıqlayıb:
“Bu mövsüm Çempionlar Liqasını “Ayaks”ın qazanmasını istəyirəm”.
Bizi Facebook-da izləyin