“Bu mövsüm hər şeyi qazanmağa çalışacağıq” – “Barselona”nın futbolçusu

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes komandasının yeni mövsüm üçün hədəflərindən danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, eyni zamanda, 2024/25 mövsümündən də söhbət açıb:

“Keçən mövsüm çoxlu kuboklar qazandıq, lakin Çempionlar Liqasından kənarda qalmağımız acı bir dad buraxdı. Bu dəfə də eyni münasibət, eyni təvazökarlıq və ən əsası, eyni zəhmətlə hər şeyi qazanmağa çalışacağıq”.

Kataloniya klubu 2024/25 mövsümünü La Liqa, İspaniya kuboku və superkubokun qalibi kimi başa vurub. Lakin komanda Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə ümumi hesabda (6:7) məğlub olub.

”Barselona” bu yaxınlarda İspaniya çempionatında “Rayo Valyekano” ilə heç-heçə edib (1:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button