“Bu mövsüm Ançelottinin nə edəcəyini izləmək maraqlı idi”

Fransa millisinin və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “Real”ın cari mövsümdə yaşadığı çətinliklər barədə fikirlərini bölüşüb.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, fransalı keçmiş futbolçuya görə, bu mövsüm Karlo Ançelottinin nə edəcəyini izləmək maraqlı olub:

“Bu mövsüm Ançelottinin nə edəcəyini izləmək maraqlı idi, xüsusilə də, balansla bağlı problemləri nəzərə alsaq. “Real”ın üç futbolçusu cari Çempionlar Liqasında məsafə qət etmə üzrə ən zəif beşlik arasında yer alıb”.

“Real” dünən Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”a ümumi hesabda 1:5 uduzaraq, turnirdən kənarlaşdırılıb. Komanda 2020-ci ildən bəri ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalına yüksələ bilməyib. Əvəzində isə “Arsenal” son 16 ildə ilk dəfə bu mərhələyə adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button