
“Bu mövsüm əsas məqsədimizə çatdıq” – “Zirə”nin hücumçusu
“Zirə”nin hücumçusu Rafael Utziq “instaqram” hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu qəsəbə təmsilçisinin heyətində bu mövsüm istədikləri məqsədə çatmalarından yazıb:
“Möhtəşəm mövsümün sonunda titul qazana bilmədik. Lakin bu mövsüm əsas məqsədimizə çatdıq”.
“Zirə” 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında ikinci pilləni tutaraq Avropa Liqasının təsnifat mərhələsində oynamaq haqq qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin