“Bu matçı mövsümün ən yaxşı oyunu hesab edə bilərəm” – Qvardiola

İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində “Nyukasl”a 2:0 hesabı ilə qalib gələn “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyundan razı qaldığını bildirən ispan mütəxəssis, sıx qrafikdən gileylənib:

“Çətin oyun idi, amma komandamız yaxşı nəticə əldə etdi. Necə lazımdırsa, elə mübarizə apardıq. Oyun şəklimiz əla idi. Bu matçı mövsümün ən yaxşı oyunu hesab edə bilərəm. Tempi tutmalıyıq, bunun üçün hər kəsin doğru mövqedə olması və öz işini görməsi lazımdır. Futbolçular gördüyümüz işin əhəmiyyətini anlayırlar. Onlar bu gün inanılmaz idilər, hər kəs qələbəyə köklənmişdi. 48 saat sonra “Everton”la oyunumuz var, bu matça da yaxşı hazırlaşmalıyıq. Sıx qrafikimiz var, amma bu, Premyer Liqada sevilir. Ona görə də, bunu qəbul etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button