Martinesin göz yaşları

“İnter”in kapitanı Lautaro Martines ayağındakı problemlərə görə Çempionlar Liqasının yarımfinalında “Barselona” ilə cavab matçını (4:3) buraxmaq riski ilə üzləşib.

Komanda.az “Sky Italia”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu oyundan əvvəl çox çətin günlər yaşadığını, lakin tibb işçilərinin səyi nəticəsində sağalıb, ilk oyunda meydana çıxa bildiyini etiraf edib:

“Əzab çəkirdim, ayağım yaxşı deyildi. İki gün ardıcıl evdə ağladım, amma bu matçı buraxmağa imkanım yox idi. Bütün həftə ikiqat işlədim, sıx sarğı taxmışdım – ən yaxşı formada deyildim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button