“Bu, mənim üçün bir ilk idi” – Bəhlul Mustafazadə
“Qarabağ” Azərbaycan Premyer Liqasının 36-cı turunda “Turan Tovuz”u məğlub edib (3:1).
“Köhlən atlar”ın müdafiəçisi Bəhlul Mustafazadə oyundan sonra Komanda.az-a açıqlamasında 2022/23 mövsümündə avrokuboklarda ilkə imza atdığını deyib:
“Bu il mən davamlı olaraq Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində, pley-offunda, Avropa Liqasının qrup matçlarında oynadım. Bu, mənim üçün bir ilk idi. Düşünürəm ki, heç də pis alınmadı. Lakin hər zaman daha yaxşı ola bilərəm. Qarşıdakı mövsüm bunun üçün çalışacam”.
Mustafazadə, “karyeranı “Qarabağ”da davam etdirəcəksən, yoxsa başqa klublardan təklif almısan” sualını belə cavablandırıb:
“Transfer təklifləri ilə menecerim məşğul olur, maraqlanır. Doğrusu, mənə heç bir yeni məlumat verilməyib”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin