Bu, mənim millidə işlədiyim ən pis dövrdür”

Braziliya millisinin baş məşqçisi Dorival Junior DÇ-2026-nın seçmə mərhələsində uduzduqları (0:1) Paraqvay yığması ilə oyundan sonra mətbuata açıqlama verib.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, braziliyalı çalışdırıcı buraxılan qola qədər hər şeyin yaxşı olduğunu bildirib:

“Bu oyundan müsbət gözləntilərimiz var idi. Buraxılan qola qədər hər şey yaxşı idi. Üstünlük bizdə idi və meydanda təşəbbüsü ələ almışdıq. Lakin qoldan sonra futbolçular “söndülər”. Oyunumuz iflasa uğradı, birinci hissənin sonuna qədər heç nə göstərə bilmədik. Bu, mənim millidə işlədiyim ən pis dövrdür”.

Braziliya millisi bu məğlubiyyətdən sonra 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button