“Bu, mənim günahımdır və başqa heç kimin deyil”
Almaniya millisinin vingeri Leroy Sane Avstriya ilə yoldaşlıq oyunu (0:2) haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu qırmızı vərəqə aldığı matçdan sonra özünü günahlandırıb:
“Bu, mənim günahımdır və başqa heç kimin deyil. Özümü idarə etməliyəm, komandanı aşağı saldım. Aydınlaşdırmaq istəyirəm ki, rəqib futbolçuya qarşı şəxsi heç bir şey yox idi. Mən motivasiyalı idim və hər şeyin düzgün istiqamətdə getməsini istəyirdim”.
Sane bu mövsüm Bundesliqada 11 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. O, 2020-ci ildən Münhen klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin