PSJ-də ciddi itki – Qalte narahatdır

PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa çempionatının 8-ci turunda “Lion”a qarşı keçirdikləri oyundan sonra (1:0) yarımmüdafiəçi Marko Verrattinin zədəsindən danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, baş məşqçi, Verattinin zədəsinin onu narahat etdiyini deyib:

“Marko baldır əzələsini zədələyib. Təbii ki, bu məni narahat edir, çünki zədəli olduğu üçün oynaya bilmir. O, bazar ertəsi müayinədən keçiriləcək”.

Bundan əvvəl Verratti UEFA Millətlər Liqasında İngiltərə (23 sentyabr) və Macarıstanla (26 sentyabr) matçlar üçün İtaliya yığmasına çağırılmışdı.

PSJ 8 turdan sonra 22 xala malikdir və Liqa 1-də birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button