
Arteta: “Çox ehtiyatlı olmalıyıq”
“Arsenal” yeni mövsümə ciddi hazırlaşır və heyəti gücləndirmək üçün diqqətçəkən transfer planları həyata keçirməyə başlayıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, londonlular bir neçə futbolçunun transferi üzərində aktiv şəkildə çalışır. Məqsəd heyətdəki itkiləri kompensasiya etmək və komandanın rəqabət qabiliyyətini artırmaqdır.
“Topçular”ın əsas hədəfləri arasında “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi, “Atletik”in vingeri Niko Uilyams və “Leyptsiq”in hücumçusu Benyamin Şeşko yer alır. Bundan əlavə, “Arsenal” “Sportinq”in forvardı Viktor Qyokereş və “Nyukasl”ın oyunçusu Aleksander İsaka da maraq göstərir.
Komandanın baş məşqçisi Mikel Arteta isə əsas mövqelərin gücləndirilməsində israrlıdır. O bildirib ki, bu məsələdə diqqətli və məqsədyönlü qərarlar vacibdir:
“Çox ehtiyatlı olmalıyıq. Heyətimizdə dərinlik çatışmır, üstəlik 4-5 futbolçumuz mövsümün sonunda klubdan ayrılacaq və ya icarə müddətləri bitəcək, ya da müqavilələri. Güclü olmaq üçün nə istədiyimizi dəqiq bilməli və intizamlı davranmalıyıq”.
Bizi Facebook-da izləyin