Ronaldonun bacısı: “Yorulmaq yoxdur”
Kriştiano Ronaldonun bacısı Katia Aveyro qardaşının rekorduna münasibət bildirib.
Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçunun bacısı sosial şəbəkə hesabındakı paylaşımında bunu yazıb:
“900 qol. Mübarizə. Sədaqət. İş. Dözümlülük. Nə etdiyinizi sevin. Yorulmaq yoxdur. “Mi-mi-mi” yoxdur. Bu, mənim qardaşımdır”.
Ronaldo dünən UEFA Millətlər Liqasının ilk turunda Xorvatiya ilə görüşdə (2:1) fərqlənərək, karyerasında 900-cü qolunu vurub.
Portuqaliya millisi Millətlər Liqasında növbəti oyununu sentyabrın 8-də keçirəcək. Roberto Martinesin komandası evdə Şotlandiya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin