“Bu, mənim ən yaxşı oyunum deyildi” – Milik
“Marsel”in (Fransa) futbolçusu Arkadiuş Milik “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra “instaqram” hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, 28 yaşlı polşalı hücumçu, “Qarabağ”la matçın onun ən yaxşı oyunu olmadığını yazıb:
“Bu, mənim ən yaxşı oyunum deyildi. Növbəti mərhələyə vəsiqə baxımından yaxşı qələbə qazandıq”.
Milik “Qarabağ”la oyunda dubl edib.
Komandalar arasındakı cavab matçı fevralın 24-də, Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin