“Messi “Barselona”dan ayrılsa, La Liqanın imicinə böyük zərbə dəyəcək”
“Real”ın keçmiş prezidenti Ramon Kalderon “Barselona”dan ayrılacağı deyilən Lionel Messi ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kalderon, Messinin Kataloniya klubundan ayrılmasının La Liqaya zərbə vuracağını bildirib:
“Barselona” ilə Messinin razılıq əldə edəcəyinə inanıram. O, bu klub üçün əlindən gələnin ən yaxşısını etdi. Birlikdə çempionluqlar qazandılar, Messi 6 dəfə “qızıl top”un qalibi oldu. Onların qanuni mübahisələrə girmədən, anlaşacaqlarına inanıram.
Messi “Barselona”dan ayrılsa, La Liqanın imicinə, səviyyəsinə böyük zərbə dəyəcək. Kriştiano Ronaldo və Messi 10 ildir çempionatımızda oynadığı üçün şanslıyıq, amma artıq onlar olmayacaq. Bu, La Liqa və azarkeşlər üçün böyük itkidir.
Messini heyətinə qatacaq klub şanslıdır, amma həmçinin böyük məbləğdə məvacib ödəmək məcburiyyətində qalacaq. Messi buna layiqdir, onun kluba verdiyi fayda qiymətsizdir”.
Bizi Facebook-da izləyin