“Bu kubok mənim üçün çox şey deməkdir” – Bellingem
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem “qızıl top” mərasimində ən yaxşı gənc futbolçu mükafatını qazanmasına münasibət bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Bellingem mükafata görə hamıya təşəkkür edib:
“Bu mükafata görə hər kəsə təşəkkür etmək istəyirəm. Bu kubok mənim üçün çox şey deməkdir.
Zinəddin Zidanın “Real”da geyindiyi beş nömrəli forma? Zidanın qazandıqlarına nail olmaq üçün hələ çox yolum var. O, məni ruhlandıran oyunçudur”.
Bellingem 2022/23 mövsümündə “Borussiya”da (Dortmund) 42 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə edib. Bu yay 20 yaşlı ingilis futbolçu 103 milyon avroya “Real”a keçib. Yarımmüdafiəçi bu mövsüm Madrid klubunda 13 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin