“Bu komandaya son ağrılı məğlubiyyətimizi çox yaxşı xatırlayırıq” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqanın 6-cı turunda “Leyptsiq”lə oyundan gözləntilərindən danışıb.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, alman çalışdırıcı komandasının “Leyptsiq”ə son məğlubiyyətini xatırladıb:
“Bu komandaya son ağrılı məğlubiyyətimizi çox yaxşı xatırlayırıq. Düşünürəm ki, hər iki halda öz səviyyəmizdə çıxış edə bilmədik. Bu dəfə öz oyunumuzu göstərsək, üç xal qazanmaq üçün şansımız olacaq”.
“Bayern”in “Leyptsiq”lə oyunu bu gün baş tutacaq. Tuxelin komandası 13 xalla Bundesliqanın ikinci pilləsində qərarlaşıb. “Leyptsiq” (12) isə beşinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin