“Güclü rəqiblərə qarşı oynamaqdan həzz alıram” – “Liverpul”un futbolçusu
“Liverpul”un qapıçısı Alisson Bekker Premyer Liqanın 17-ci turunda “Mançester Yunayted”lə oyunla bağlı gözləntilərini bölüşüb.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, braziliyalı qolkiper güclü rəqiblərlə oynamaqdan həzz aldığını bildirib:
“Mən “Mançester Yunayted”in oyunçusu olsaydım, komanda yoldaşlarımı alovlandırmağa çalışardım. Onlara deyərdim ki, “Liverpul”a qarşı oynamışam və bu komandanın “Enfild”də nə qədər güclü ola biləcəyini bilirəm. Nəticə baxımından böyük təcrübə deyil, amma ən çox oynamaq istədiyiniz matçlar bunlardır. Mən güclü rəqiblərə qarşı oynamaqdan həzz alıram. “Mançester Yunayted”in oyunçuları haqqında çox şey bilmirəm. Amma əminəm ki, onlar bura nəticə əldə etməyə gələcəklər”.
“Liverpul” İngiltərə Premyer Liqasının 16 turundan sonra növbəti pillədəki “Arsenal”ı iki xal qabaqlayaraq, turnir cədvəlində birinci yerdədir. “Qırmızılar” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq. Görüş saat 20:30-da start götürəcək.
Bizi Facebook-da izləyin