“Bu, komandamız üçün çətin andır” – Xavi Alonso

“Bayer”in baş məşqçisi Xabi Alonso Bundesliqanın ikinci turunda evdə “Leyptsiq”ə uduzduqları oyundan (2:3) sonra fikirlərini bölüşüb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, komanda olaraq bu məğlubiyyətdən dərs alacaqlarını söyləyib:

“Bu, komandamız üçün çətin andır. İnanıram ki, “Bayer” layiqincə məğlub oldu. Bu uğursuzluqdan faydalı bir dərs alacağıq. 2:0 hesabı ilə öndə olanda rəqibin qalib gəlməsinə icazə vermək olmaz”.

Bu qarşılaşmada Leverkuzen klubunun 35 matç davam edən məğlubiyyətsizlik seriyası qırılıb.

“Bayer” 2023/24 mövsümündə qızıl dubl edib. Alonsonun komandası Bundesliqa çempionu və ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button